Gülxanım Məmmədova
Tədqiqatçı
Gülxanım Məmmədova gender tədqiqatları, sülh quruculuğu və münaqişələrin transformasiyası ilə məşğul olan tədqiqatçıdır. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi Elmlər üzrə bakalavr dərəcəsini (2015–2019), Ankara Sosial Elmlər Universitetində Sülh və Münaqişə Araşdırmaları üzrə magistr dərəcəsini (2019 – 2021) alıb. O, həmçinin 2023-cü ildə San Dieqo Universitetində münaqişə tədqiqatları və mediasiya üzrə sertifikat kursu keçib. Gülxanım təhsil aldığı müddətdə bir sıra təqaüdlərə layiq görülüb. O, "EU4Dialogue", "Corridors" və Münaqişə Məktəbi kimi dialoqlarda və gənclər layihələrində iştirak etmişdir. Gülxanım Con Smit Fondunun 2023-cü il üçün təqaüdçüsüdür və ATƏT-in "Sülh Sahəsində Qadın Liderliyi" Proqramının iştirakçısıdır.