Azərbaycan və Ermənistan sülh sazişinin mətni yekunlaşıb: növbəti addım nə olacaq?

Qlobal Bakı Forumu zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çoxdan gözlənilən bir açıqlama verdi: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə danışıqlar yekunlaşıb. Qısa müddət sonra bu xəbər Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqləndi.
Müqavilənin yekun variantı sayca 12-cidir və iki ölkənin xarici işlər nazirlikləri arasında 15-dən çox müzakirə raundundan nəticəsində hazırlanıb. Sülh sazişi ilə bağlı ilk ciddi müzakirələr 2021-ci ilin sonlarında başlayıb, lakin sonra yavaş sürətlə irəliləyib. 2022-ci ilin martında Azərbaycan beş bəndlik sülh planı təklif edib və növbəti ay Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev müqavilə mətninin hazırlanmasına rəsmi şəkildə razılıq veriblər.
Bir çoxları sülh müqaviləsinin COP29 zamanı imzalanacağını gözləyirdi, lakin Ermənistan bu tədbirə qatılmaqdan imtina etdikdən sonra bu ümidlər yox oldu. Daha sonra diqqət, müqavilənin 2024-cü ilin sonuna qədər imzalanma ehtimalına yönəldi, xüsusən dekabr ayında müqavilənin demək olar ki, tamamlandığına dair müsbət açıqlamalar ortaya çıxdıqdan sonra. Lakin bütün bu optimistik bəyanatlara baxmayaraq, sənədin 17 maddəsindən 2-si hələ də razılaşdırılmamış qalırdı.
İndi, təxminən üç il davam edən danışıqlardan sonra sazişin mətni hazırdır və Ermənistan və Azərbaycan hər zamankindən daha çox sülh sazişinin bağlanmasına yaxındır. Eyni zamanda, bu iki maddə üzərində razılığın əldə olunması ilə sülh müqaviləsinin imzalanması olduqca əlçatan görünə bilər, və geridə yalnız yer və vaxtın kimi texniki detalları qaldığını düşünmək olardı. Lakin bu, həqiqətən də Ermənistan-Azərbaycan danışıqları tarixində mühüm irəliləyiş olsa da, hələ də həll olunmamış siyasi və hüquqi problemlər qalmaqdadır. Bu məsələlər həll edilməyənə qədər müqavilənin nə zaman imzalanacağı qeyri-müəyyən qalır.
Əsas məsələlər Ermənistan Konstitusiyası və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır. Ceyhun Bayramov bildirib ki, növbəti mərhələdə Ermənistan öz Konstitusiyasından dəyişməli, Minsk qrupu isə ləğv olunmalıdır. Bu "növbəti mərhələ" bu prosesi üç mərhələli 2+2+2 çərçivəsinə bölməyə imkan verir.
2+2+2 çərçivəsinin birinci mərhələsi müqavilənin iki razılaşdırılmayan müddəası — başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməmək və biri bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməklə bağlı idi. Ermənistan martın 13-də onlarla razılaşdıqdan sonra proses yeni, daha siyasi həssas məsələləri əhatə edən növbəti mərhələyə keçir.
2+2+2-in ikinci mərhələsinə Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi və ATƏT-in Minsk qrupunun buraxılması daxildir. Azərbaycan üçün bunlar sülhün bərqərar olması üçün vacib şərtlərdir. Bakı iddia edir ki, nə qədər ki, Ermənistanın hüquqi bazası Azərbaycana qarşı ərazi iddiası kimi yozula bilən ifadələr ehtiva edir, gələcəkdə eskalasiyanın olma ehtimalı yüksəkdir.
ATƏT-in Minsk qrupu daha bir ciddi məsələdir. Azərbaycan iddia edir ki, qrupun mandatı 2020-ci ildə ikinci Qarabağ müharibəsindən sonra köhnəlib. Bakının fikrincə, Minsk qrupunun iştirakının davam etdirilməsi Qarabağın statusu ilə bağlı beynəlxalq debatların - Bakının nəyin bahasına olursa-olsun qarşısını almaq istədiyi ssenarinin bərpası üçün yer yarada bilər. Ermənistan prinsipcə qrupun ləğvi ilə razılaşsa da, üzvləri ilə qarşılıqlı əlaqədə olmağa davam edir. Paşinyan fevral ayında bəyan edib ki, sülh müqaviləsinin variantı ATƏT-in Minsk qrupunun müzakirəsinə də təqdim edilib, bu da çox mübahisəli addımdır.
Və 2+2+2-in son cüt mərhələyə nəqliyyət xətlərinin açılması və sərhəd delimitasiyası məsələləri daxildir. Hər iki tərəf nəqliyyat yollarını bərpa etməyə razıdır. Lakin dəqiq marşrutlar və təhlükəsizlik məsələləri kimi xüsusi detallar razılaşdırılmamış qalmaqdadır. Sərhəd delimitasiyası isə zaman tələb edən bir prosesdir. Məsələn, Azərbaycan-Gürcüstan və Ermənistan-Gürcüstan sərhədləri bu günə qədər tam delimitasiya olunmayıb. Buna görə də, bu məsələnin də tədricən həll olunacağı gözlənilir.
2+2+2 çərçivəsi bütün bu mərhələlərin tamamlanmasının müqavilənin imzalanması üçün mütləq şərt olduğunu nəzərdə tutmur. Sənədin mətni artıq hazırdır və son zamanlar ikitərəfli prosesdəki irəliləyişlər, eləcə də xarici amillər sülh prosesini sürətləndirə bilər və müqavilənin gözlənildiyindən daha tez imzalanmasına gətirib çıxara bilər.