Bosniya və Herseqovina: tarix, münaqişə və sülh üzrə məqalələr toplusu
Bu məqalələr toplusu 27-31 avqust 2024-cü il tarixlərində Bosniya və Herseqovinaya təşkil edilən təhsil səfərində iştirak edən gənclərin səfər zamanı əldə etdikləri təəssüratları, təhlilləri və fikirlərini özündə əks etdirir.
Bosniya və Herseqovina bir tərəfdən öz etno-konfessional harmoniyası, digər tərəfdən isə qanlı müharibə tarixi və barışıq səylərinin mürəkkəb tarixi ilə etno-ərazi münaqişələrinin dərin köklü səbəblərini və potensial həll yollarını anlamağa çalışanlar üçün vacib rol oynayır. Müəlliflər bu məqalələr toplusunda yazıları vasitəsilə münaqişənin müxtəlif aspektlərini araşdırır, keçmişlə bu gün arasında paralellər aparır və ölkənin barışıq və sülhə doğru davam edən yolunda üzləşdiyi çətinliklərə nəzər salırlar.
Müəlliflər yazıları ilə təkcə Bosniya və Herseqovinanın yox, o cümlədən, Balkan regionunun tarixi və siyasi kontekstini və hərbi zorakılıqdan sonra cəmiyyətlərin necə dəyişə biləcəyini xüsusi həssaslıqla təhlil etməklə bu münaqişə irsinə və onun qurbanlarına qarşı dərin məsuliyyət hissi daşıdıqlarını nümayiş etdirirlər.
Bu məqalələr toplusu tənqidi düşüncəni və empatiyanı inkişaf etdirmək üçün lokal öyrənmə təcrübələrinin gücünün əyani göstəricisidir. Müəlliflərin yazıları münaqişələri bəsitləşmiş qəliblər çərçivəsində başa düşməyə meydan oxuyur və qanlı münaqişələr nəticəsində yaralanmış regionlar üçün inklüziv və dinc gələcəyin vacibliyini başa düşməyə kömək edir.
Ümid edirik ki, bu məqalələr toplusu Azərbaycan və Cənubi Qafqazda münaqişə transformasiyası üzrə daha geniş müzakirələrə töhfə verəcək və gələcək nəsillər həm Balkanlarda, həm də onun hüdudlarından kənarda münaqişəni əməkdaşlığa çevirmək yollarını araşdırmağa davam edəcək.
Hesabatın tam versiyasını buradan yükləyə bilərsiniz.