ŞƏRQƏ BAXIŞ: Ermənistan və Azərbaycan Mərkəzi Asiya əməkdaşlığından nə öyrənə bilər?
Ermənistan-Azərbaycan münaqişəsinin siyasi təhlili çox vaxt Qərbin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların müqayisəsinə söykənir. Halbuki bu nümunələr çox zaman post- sovet regionunun reallıqları ilə üst-üstə düşmür. Nəticədə bütün bu nümunələr presedent baxımından zəngin olsa da, kontekstə uyğunluq baxımından zəif qalır. Bu məqalə isə fərqli bir müqayisə istiqaməti təklif edir: Mərkəzi Asiya son otuz ildə struktur və məzmun baxımından daha faydalı olan əməkdaşlıq təcrübəsi formalaşdırıb. Buna baxmayaraq, bu təcrübə Ermənistan-Azərbaycan normallaşmasına tətbiq olunan analitik çərçivələrdə demək olar ki, nəzərə alınmayıb. Məqalə hər iki regionda fəaliyyət göstərən ekspert və vətəndaş cəmiyyəti üzvləri ilə aparılmış 12 müsahibəyə əsaslanır. Araşdırma, davamlı etimadsızlıq şəraitində Mərkəzi Asiya dövlətlərinin əməkdaşlıq mexanizmləri inkişaf etdirdiyi dörd sahəni təhlil edir: sərhədlərarası su idarəçiliyi; Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası; mədəni irs diplomatiyası; və regional nəqliyyat infrastrukturu. Bütün bu dörd nümunədə ortaq bir məntiq müşahidə olunur: bu əməkdaşlıq ortaq ehtiyaclar ətrafında aparılan sektoral danışıqlar yaranıb.
HESABATI yüklə