Rusif Hüseynov "Sülh körpüsü" təşəbbüsünün Azərbaycan QHT-ləri ilə görüşündə iştirak edib

Rusif Hüseynov "Sülh körpüsü" təşəbbüsünün Azərbaycan QHT-ləri ilə görüşündə iştirak edib

13 yanvar 2025-ci il tarixində Topçubvaşov Mərkəzinin direktoru Rusif Hüseynov Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin birbaşa ünsiyyət platforması olan "Sülh körpüsü" təşəbbüsünün növbəti görüşündə iştirak edib. Görüşdə təşəbbüsün üzvləri və Azərbaycan qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri iştirak edərək, "Sülh körpüsü"nün fəaliyyəti və gələcək planları barəsində müzakirə aparıblar.

Əvvəlcə, yerli QHT nümayəndələrinə təşəbbüsün məzmunu və planları barəsində məlumat verilib. Daha sonra görüş sual-cavab və açıq müzakirə formatında davam edib.

Görüşdə çıxışları zamanı Rusif Hüseynov sülh prosesi ilə bağlı fikirlərini, Ermənistana səfərlərdən təcrübəsini, həmçinin hər iki ölkədə vətəndaş cəmiyyətlərinin, diasporların və digər qurumların oynaya biləcəyi rollar ilə bağlı təkliflərini bölüşüb.