Murad Muradov "RUSI"-ni ziyarət edib edib
2 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Böyük Britaniyanın və dünyanın ilk beyin mərkəzi olan "Royal United Services Institute"-u (RUSI) ziyarət edib.
O, institutun Beynəlxalq Təhlükəsizlik Araşdırmaları qrupunun nümayəndələri Natiya Seskuriya və Kallum Freser, eləcə də Maliyyə və Təhlükəsizlik Mərkəzini təmsil edən Arzu Abbasova tərəfindən qəbul olunub.
Görüş zamanı Böyük Britaniya və Avropanın üzləşdiyi əsas təhlükəsizlik çağırışları, Ukraynada müharibənin gələcək ssenariləri, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiyada baş verən cari proseslər müzakirə edilib.