Vüsal Səfərli kitab təqdimat mərasimində iştirak edib
3 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vüsal Səfərli ABŞ ordusunun təqaüddə olan polkovniki Liam Kollins və mayor Con Spenser həmmüəllifi olduqları “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (The War for Karabakh: Strategy, Technology, and Victory) kitabının təqdimat mərasimində iştirak edib.
Təqdimat mərasimi Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Kitabda Qarabağ münaqişəsinin tarixi kökləri və Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini şərtləndirən əsas amillər təhlil olunur.
Təqdimat zamanı müəlliflər nəşrin hazırlanma prosesi, əsas tədqiqat istiqamətləri və gəldikləri nəticələr barədə ətraflı məlumat veriblər. Tədbirdən sonra amerikalı müəlliflərin iştirakı ilə media brifinqi keçirilib.