Murad Muradov İyan Bond ilə görüşüb
5 noyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Londonda və Brüsseldə fəaliyyət göstərən Avropa İslahatları Mərkəzinin (Centre for European Reform) direktor müavini İyan Bond ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Böyük Britaniya münasibətləri, London və Brüssel arasında mövcud dinamika və Böyük Britaniyanın Avropa İttifaqına mümkün qayıdış perspektivləri, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiyada cərəyan edən siyasi proseslərlə bağlı məsələlər müzakirə olunub.