Murad Muradov Belçikada keçirilən forumda çıxış edib
27 oktyabr 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Brüsseldə keçirilən “Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər” mövzulu Azərbaycan–Avropa İttifaqı Beyin Mərkəzləri Forumunda iştirak edib. Forum Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) tərəfindən birgə təşkil olunub.
Panel müzakirələri zamanı Murad Muradov Azərbaycan–Avropa İttifaqı münasibətləri ilə bağlı fikirlərini bölüşüb. Forum çərçivəsində “Azərbaycan–Avropa İttifaqı münasibətləri: mövcud vəziyyət və gələcək perspektivlər”, “Avropa İttifaqı və Cənubi Qafqazın regional təhlükəsizliyi”, “Avropa İttifaqı və geoiqtisadi əməkdaşlıq, Avrasiya boyunca enerji təhlükəsizliyi və nəqliyyat” mövzuları müzakirə olunub.
Forum yekun çıxışlarla başa çatıb.