Rusif Hüseynov APRI Forumunda (2025) çıxış edib

Rusif Hüseynov APRI Forumunda (2025) çıxış edib

11 iyun 2025-ci il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov İrəvanda yerləşən Tətbiqi Siyasət Araşdırmaları İnstitutunun ("APRI Armenia") təşkil etdiyi APRI Forumu-2025-də çıxış edib.

“Ermənistan-Azərbaycan danışıqları: proqres və perspektivlər” adlı panelə virtual məruzəçi kimi qoşulmuş Rusif Hüseynov Azərbaycan-Ermənistan danışıqlarının indiki durumu və regional sülh haqqında Bakıda mövcud olan diskursu çatdırıb.

"APRI Armenia"nın baş tədqiqatçısı Benyamin Poqosyanın moderatorluğu ilə keçirilən paneldə digər qonaq qismində İrəvandan tarix üzrə fəlsəfə doktoru və Azərbaycanşünas Tatevik Hayrapetyan da iştirak edib.