Topçubaşov Mərkəzində dəyirmi masa keçirilmişdir

25 fevral 2025-ci il tarixində Topçubaşov Mərkəzində dəyirmi masa keçirilmişdir. Mərkəzin tədqiqatçıları Rusif Hüseynov, Murad Muradov və Natiq Cavadov, eyni zamanda qonaq ekspertlər Heydər Mirzə, Fuad Çıraqov və Ayaz Rzayev Trampın prezidentliyi dövründə ABŞ xarici siyasətində baş verən yeniliklər və onların qlobal sistemə, həmçinin müxtəlif regionlara təsiri barəsində fikir mübadiləsi aparmışlar.