Azərbaycanda müharibə sonrakı Gənclər, Sülh və Təhlükəsizlik gündəliyi: çağırışlar və imkanlar

Münaqişələrin qarşısının alınması və həlli, davamlı sülhün qurulması ilə bağlı gənclərin fikirlərinin mənimsənilməsi son illərdə bir çox ölkələr tərəfindən qəbul edilmiş dünya təcrübəsidir. Bu mənada Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasınız Gənclər, Sülh və Təhlükəsizlik (GST) üzrə 2250 saylı qətnaməsi gənclərin sülh və təhlükəsizliyin qorunub saxlanması və təşviqi səylərində müsbət töhfəsini tanıyan ilk beynəlxalq siyasət sənədidir. Bu qətnamə gəncləri də əhatə edən sülh təşəbbüsləri üçün zəmin yaratmaqla öz beş sütunu daxilində fundamental yanaşmalar təklif edir: iştirakçılıq, müdafiə, qarşısını alma, tərəfdaşlıq, ayrılma və reinteqrasiya. GST gündəliyi gənclərin sülhün və münaqişələrin həllinin təmin olunması və saxlanılmasında mənalı və bərabər iştirakını təmin etdiyi kimi, gündəliyin yol xəritəsinin hazırlanmasında BMT-nin Təhlükəsizlik Şurasının (BMTTŞ) 2018 və 2020-ci illərdə qəbul etdiyi 2419 və 2535 nömrəli qətnamələr mühüm rolu oynayır.
Hər üç qətnamə sülh quruculuğu və münaqişədən sonrakı fəaliyyətlərin bütün mərhələlərindəgənclərin iştirakını təşviq etsədə, 2250 nömrəli qətnaməgənclər, sülh və təhlükəsizlik gündəliyini bütünlükdə özündə əks etdirən ilk sənəddir. Qətnamə gənclər və maraqlı tərəflərin iştirakı ilə münaqişədən təsirlənən fərqli regionlardan olan gənclərin ehtiyaclarını nəzərə almaqla hazırlanıb və qlobal ictimaiyyətə ünvanlanıb. Bununla belə, daha detallı strukturun müəyyən edilməsi üçün sənədin konseptuallaşdırılmasına və lokallaşdırılmasına ehtiyac yaranır. 2250 nömrəli qətnamənin 5 pilləsi müxtəlif ölkələrdə fərqli səviyyələrdə təmsil olunduğundan, BMT-yə üzv ölkələr milli fəaliyyət planı və tematik gündəliklər hazırlamaq üçün fəaliyyətə keçib. Azərbaycan nümunəsində gənclər, sülh və təhlükəsizlik gündəliyinin mümkün ümummilli səviyyədə icrası yerli kontekstin gənclərin gözündən başa düşülməsini və fəaliyyətə cəlb olunacaq müvafiq insitutların müəyyənləşdirilməsini özündə ehtiva edir.
Bu hesabat bu ehtiyacdan qaynaqlanır vəAzərbaycanda GST iləəlaqəli mövzulara ünvanlanmaq üçün tərtib olunub. Hesabatda ölkə səviyyəsində kontekst təhlil edilir, eyni zamanda gənclərin qərarqəbuletmə və sülh təcrübələrində iştirakı necə qəbul etməkləri, onların münaqişə və zorakılıqdan necə təsirləndikləri, bunun münaqişənin qarşısının alınmasına necə töhfə verməsi, gənclər tərəfindən idarə olunan təşəbbüs qrupları və dövlət qurumları, eləcə də yerli təşkilatlar arasındakı əməkdaşlıq səviyyəsi haqqında gənclər və gender aspektləri nəzərə alınmaqla həssas yanaşma təqdim olunur. Əlavə olaraq, ümumi yanaşmanın, məqsədlərin və prinsiplərin əks olunduğu tədqiqat boyu normativ və siyasət çərçivələri diqqətlə nəzərdən keçirilib. Siyasət çərçivələri milli və submilli proqramların icrası zamanı xüsusilə də müvafiq maraqlı tərəflərin qərarqəbuletmə prosesinə cəlb edilməsi üçün vacibdir. Azərbaycanda normativ və siyasət çərçivələrini formalaşdıran tendensiyaları əks etdirmək üçün gənclərin perspektivləri ilə yanaşı, qərarqəbuledici şəxslərin və siyasətçilərin təklifləri və ideyaları da nəzərə alınıb. Əlavə olaraq, bu hesabat GST gündəliyinin məqsədlərinin uyğunluğunu onları Azərbaycanda daxili və xarici səviyyələrdə müxtəlif siyasət sahələrinəinteqrasiya etməklətəhlil edib. Hesabatın hazırlanması zamanı GST gündəliyinin mövcud siyasət sahələrinə inteqrasiyası ilə yanaşı, müvafiq yol xəritələrinin hazırlanması üçün gələcək perspektivlər və strategiyalar yaxından tədqiq edilib.
Bu tədqiqat fərdi müsahibələr, fokus qrupları və dəyirmi masa müzakirələri metodlarından əldə edilən və keyfiyyətə əsaslanan datanı özündə cəmləşdirir. İlkin mərhələdə vətəndaş cəmiyyəti nümayəndələri, hökumət təmsilçiləri, siyasi ekspertlər, məcburi köçkünlər və beynəlxalq təşkilatların nümayəndələri ilə fərdi müsahibələr aparılmışdır. İkinci mərhələ gənc fəal qruplarla fokus qrup müzakirələrini əhatə edir. Üçüncü mərhələ müvafiq hökumət və qeyri-hökumət institutlarının nümayəndələri ilə dəyirmi masa müzakirələrinə həsr olunub. Data toplanması prosesinin hər üç mərhələsi boyunca respondentlər məqsədyönlü seçmə üsulu ilə müəyyən edilib. Digər tərəfdən, statistik datalar dövlət və beynəlxalq təşkilatların rəsmi sənədləri əsas olmaqla ikinci dərəcəli mənbələrdən istifadə edilməklə tərtib olunmuşdur.
Hesabatın tam versiyasını buradan yükləyə bilərsiniz.