Nigar Müzəffərova
Tədqiqatçı
Nigar Müzəffərova Almaniyanın Tübingen Universitetində magistr təhsili alır. O, Dövlət İdarəçilik Akademiyasında bakalavr dərəcəsinə yeyələnmişdir. Data vizuallaşdırılması və Qafqazda iqtisadi tendensiyalar ilə yanaşı, Nigar həm də dünyadakı texnoloji yenilikləri yaxından izləyir.
O, 2019-2020-ci illər üzrə Gürcüstan əsaslı CAT proqramının, 2021-ci ildə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən təşkil olunan Münaqişə Məktəbinin, 2022-ci ildə Almaniyanın İnterlink Akademiyasının "Media və informasiya savadlılığı" proqramlarının məzunudur.
Nigar gənclərlə iş sahəsindəki təcrübə ilə yanaşı, qeyri-formal öyrənmə metodları və sülh təhsili sahələrində layihə yazılması və koordinasiyası üzrə ixtisaslaşmışdır. Bundan əlavə, Nigar insan hüquqları təhsili, qeyri-formal öyrənmə metodları və sülh quruculuğu ilə bağlı bir çox təlimlər və konfranslarda iştirak etmişdir.