Rusif Hüseynov "Azərbaycan orta güc kimi" mövzusunda konfransda iştirak edib
24 iyun 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil olunan “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfransda iştirak edib.
Rusif Hüseynov konfrans çərçivəsində keçirilən “Orta güc konsepsiyası və Azərbaycan təcrübəsi” adlı birinci panel müzakirəsində çıxış edərək Azərbaycanın xarici siyasət prioritetləri, regional proseslərdə rolu və beynəlxalq münasibətlər sistemində artan təsiri barədə fikirlərini bölüşüb.
Panel çərçivəsində Orta güc konsepsiyasının nəzəri əsasları, Azərbaycanın bu kontekstdəki təcrübəsi, eləcə də ölkənin regional və qlobal səviyyədə artan rolu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu üzrə geniş müzakirələr keçirilib.