Rusif Hüseynov azərbaycanlı-erməni dəyirmi masasında iştirak edib

Rusif Hüseynov azərbaycanlı-erməni dəyirmi masasında iştirak edib

6 may 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov azərbaycanlı və erməni ekspertlərin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib. “Erməni Şurası” beyin mərkəzi tərəfindən təşkil olunan və "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində baş tutan görüşdə Azərbaycan nümayəndə heyətini Fərhad Məmmədov, Zaur Şiriyev və Rusif Hüseynov təmsil edib. Eyni zamanda, Ermənistan ekspert icmasının 25-ə yaxın nümayəndəsi də görüşdə iştirak edib.

Qapalı formatda keçirilən görüş zamanı iştirakçılar Azərbaycan-Ermənistan sülh prosesi, bu çərçivədə mövcud imkanlar və çətinliklər, eləcə də hər iki cəmiyyəti maraqlandıran aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.