Rusif Hüseynov və Murad Muradov “Sülh Körpüsü” Təşəbbüsünün görüşündə iştirak ediblər
Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov və direktor müavini Murad Muradov 10–12 aprel 2026-cı il tarixlərində keçirilən “Sülh Körpüsü” Təşəbbüsünün 4-cü görüşündə iştirak ediblər. Görüşdə Azərbaycan və Ermənistandan ümumilikdə 40 vətəndaş cəmiyyəti nümayəndəsi bir araya gəlib.
Qəbələ şəhərində baş tutan görüş çərçivəsində hər iki ölkə və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər ətrafında müzakirələr aparılıb. Xüsusilə, Azərbaycan–Ermənistan sülh prosesi, beyin mərkəzlərinin, media qurumlarının və vətəndaş cəmiyyətlərinin bu prosesdə rolu diqqət mərkəzində olub.
Bununla yanaşı, Ermənistanda keçiriləcək parlament seçkiləri və seçkilərdən sonra “Sülh Körpüsü” Təşəbbüsünün gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.