Rusif Hüseynov və Murad Muradov Ermənistana ikigünlük səfəri tamamlayıblar

Rusif Hüseynov və Murad Muradov Ermənistana ikigünlük səfəri tamamlayıblar

13-14 fevral 2026-cı ildə Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov və direktor müavini Murad Muradov iki ölkənin vətəndaş cəmiyyətlərinin birbaşa ünsiyyət çərçivəsi olan "Sülh körpüsü" təşəbbüsünün 3-cü görüşü üçün Ermənistanda səfərdə olublar. 

Azərbaycan ekspert həyətində yer alan Rusif Hüseynov və Murad Muradov Azərbaycan-Ermənistan sərhədini delimitasiya edilmiş hissədən keçərək Ermənistana daxil olmuş və tədbirin baş tutacağı Tsağkadzora səfər ediblər.

Topçubaşov Mərkəzinin nümayəndələri 13 fevralda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində baş tutmuş dəyirmi masada çıxış ediblər. Rusif Hüseynov çıxışı Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti və gələcək trayektoriyalarına fokuslanıb. Murad Muradov isə Azərbaycan-Ermənistan sülh prosesi kontekstində Cənubi Qafqazda təhlükəsizlik, sərhədlər və nəqliyyat mövzularında çıxış edib.

14 fevralda isə "Sülh körpüsü" təşəbbüsü qrupunun Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ermənistan Xarici İşlər Nazirinin müavini Vahan Kostanyan ilə görüşləri baş tutub, həm Rusif Hüseynov, həm də Murad Muradov hər iki sessiyada regional məsələlər ilə bağlı mövzular və suallar qaldırıblar. 

Fevralın 14-də "Sülh körpüsü" təşəbbüsünün 3-cü görüşü başa çatıb və  Azərbaycan nümayəndə heyəti Ermənistan-Azərbaycan quru sərhədini eyni məntəqədən keçərək geri qayıdıblar.