Rusif Hüseynov NATO Baş katibinin müavini ilə görüşüb
14 yanvar 2025-ci ildə Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Azərbaycana səfəri çərçivəsində NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb. Səfər proqramına azərbaycanlı ekspertlərlə keçirilən görüş də daxil olub.
Görüşdə NATO-nun Tbilisidəki Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikov da iştirak edib. Tərəflər Cənubi Qafqazda mövcud regional prosesləri, o cümlədən Ermənistan–Azərbaycan sülh prosesi və Azərbaycanın qonşu ölkələrlə münasibətlərini müzakirə ediblər.
Eyni zamanda Azərbaycan–NATO əməkdaşlığının daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb, xüsusilə beyin mərkəzləri və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.