Murad Muradov "Links"in Bakı tədbirində iştirak edib

Murad Muradov "Links"in Bakı tədbirində iştirak edib

25 noyabr tarixində "Links" təşkilatının keçirdiyi və azərbaycanlı və erməni ekspertləri sülh quruculuğuna aid beş tematik hesabat yazmaq məqsədilə bir araya gətirən layihənin nəticələrinə dair kiçik tədbir keçirilib. 

Bir sıra Avropa ölkələri və ABŞ diplomatlarının qatıldığı bu tədbirdə ekspert qruplarının həmsədrlərdən biri olan Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov iştirak edib. 

Tədbirdə qrup rəhbərləri layihənin nəticələri və bu yaxında dərc olunmuş hesabatlara dair məlumat verdilər, daha sonra bu hesabatlar və sülh prosesinin ümumi perspektivləri haqqında fikir mübadiləsi baş tutdu.