Britaniyalı ekspert Topçubaşov Mərkəzini ziyarət edib

Britaniyalı ekspert Topçubaşov Mərkəzini ziyarət edib

7 iyul 2025-ci il tarixində şəhərşünaslıq və siyasi coğrafiya üzrə ekspert Dr. Din Şarp Topçubaşov Mərkəzini ziyarət edərək Mərkəzin direktoru Rusif Hüseynovla görüşüb.

Görüş zamanı tərəflər Yaxın Şərq və Cənubi Qafqazda urbisid və yenidənqurma ilə bağlı fikir mübadiləsi aparıb və gələcək əməkdaşlıq imkanları və birgə tədqiqat təşəbbüsləri də müzakirə edilib.