Macar tələbələr və tədqiqatçılar Topçubaşov Mərkəzini ziyarət ediblər
Azərbaycanda beş günlük tədqiqat səfərinə gəlmiş bir qrup macar tələbə və tədqiqatçı oktyabrın 21-də Topçubaşov Mərkəzini ziyarət edib. Matiaş Korvinus Kollegium tərəfindən təşkil olunmuş, Korvinus, Györ, Semmelveys və Seqed universitetlərini təmsil edən qonaqları Mərkəzdə Rusif Hüseynov və Məhəmməd Məmmədov qarşılayıblar.
Ev sahibləri qonaqları salamlamış, Azərbaycanın xarici, enerji və nəqliyyat siyasətinə həsr olunmuş təqdimatla çıxış etmişlər. Sessiya daha sonra sual-cavab ilə davam etmişdir.
Tərəflər Topçubaşov Mərkəzi ilə Macarıstan ali məktəbləri arasında əməkdaşlıq yollarını da müzakirə etmişlər.