Topçubaşov Mərkəzinin nümayəndələri Avrasiya Tərəfdaşlıq Fondunda sessiyalar keçiriblər
24-25 avqust tarixlərində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Avrasiya Əməkdaşlıq Fondu Azərbaycan tərəfindən Bosniya və Herseqovinaya təhsil səfərində iştirak üçün seçilmiş iştirakçılara səfər öncəsi hazırlıq sessiyasında çıxış edib. Çıxışında o, iştirakçılara Bosniya və Herseqovinanın tarixi və 1991-1995-ci illərdə baş tutmuş müharibə, post-müharibə dövrünün özünəməxsusları barəsində əhatəli məlumat vermişdir.
Hazırlıq sessiyasın ikinci günündə Mərkəzin əməkdaşı Gülxanım Məmmədovanın moderatorluğu ilə 1995-ci il Srebrenitsa soyqırımı mövzusunda olan “Quo Vadis, Aida?” (Hara gedirsən Aida?) filminin nümayişi baş tutmuşdur. Ardınca, səfər öncəsi iştirakçıların gözləntiləri toplanmış və iştirakçılara səfər sonrası yazı tapşırıqları barəsində məlumat verilmişdir.