Cozef Şumunov yenidən Topçubaşov Mərkəzində
Vaxtilə Mərkəzimizdə təcrübə keçmiş Cozef Şumunovu yenidən qarşıdakı üç ay müddətdə Mərkəzimizdə qonaq araşdırmaçı kimi görməkdən çox şadıq. Cozef Kalamazu Universitetində Siyasət və Beynəlxalq Tədqiqatlar ixtisası üzrə 4-cu kurs tələbəsidir.
Kalamazu Universitetdəki diplom işi çərçivəsində Cozef Azərbaycanın xarici siyasəti, Rusiyaya qarşı siyasəti və GUAM-ın demokratiya və İqtisadi İnkişaf təşkilatındakı mövqeyi ilə bağlı tədqiqat aparacaq. Onun tədqiqatı Rusiyanın Gürcüstan, Ukrayna və Moldova kimi digər GUAM dövlətlərinə qarşı siyasəti şəraitində Azərbaycanın strateji dayanıqlığını və sabitliyini hansı amillərin təmin etdiyini təhlil etməyə həsr olunacaq.