Rusif Hüseynov beynəlxalq tədbirdə çıxış edib
Fevralın 13-də Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Quba şəhərində keçirilmiş və türk ölkələrinin tələbələrinin iştirak etdiyi "İdmanda birləşək" başlıqlı beynəlxalq tədbirdə çıxış edib.
“İdmanın yumşaq güc kimi” rolu mövzusunda hazırladığı mühazirəsində Rusif Hüseynov idmanın beynəlxalq aləmdə - siyasət, media və biznes kimi sahələrdə malik olduğu potensialdan və oynadığı yumşaq gücdən bəhs edib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Təşkilatı və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən birlikdə həyata keçirilir. Beynəlxalq tədbirdə 6 türk dövlətindən olan tələbələr iştirak edir.