Rusif Hüseynov Avropa Təhlükəsizlik Arxitekturasına dair Regional Görüşdə iştirak edib
Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov noyabrın 21-də Qətərin paytaxtı Dohada Humanitar Dialoq Mərkəzinin təşkilatçılığı ilə Avropa Təhlükəsizlik Arxitekturasına dair Regional Görüşdə iştirak edib. Görüşdə Avrasiyadakı geosiyasi transformasiyalar və bu proseslər fonunda region ölkələrinin çağırışları və gözləntiləri müzakirə olunub.