Topçubaşov Mərkəzi Karpaç İqtisadi Forumunda panel təşkil edir
Topçubaşov Mərkəzi Polşanın Karpaç şəhərində keçirilən və ənənəvi olaraq minlərlə eksperti bir araya toplayan İqtisadi Forumda panelə ev sahibliyi edəcək. 5 - 7 sentyabr 2023-cü il tarixləri arasında keçirilən builki İqtisadi Forum çərçivəsində Topçubaşov Mərkəzi “İranda insan hüquqlarının vəziyyəti: Etnik azərbaycanlıların vəziyyəti” adlı panel təşkil edəcək.
Sentyabrın 7-də baş tutacaq və Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynovun moderatorluğu ilə keçiriləcək müzakirədə aşağıdakı tanınmış ekspertlər spiker qismində qatılacaq:
Türkan Bozqurd, Toronto Universitetinin tədqiqatçısı (Kanada),
Cozef Epsteyn, Qanunvericilik üzrə Tədqiqatçı, Yaxın Şərq Həqiqətləri Fondu (EMET) (Vaşinqton, ABŞ),
Dr. Mauritsio Ceri, Aİ M.Küri Təqaüdçüsü 2024-2026 (Vaşinqton/Brüssel/Venesiya),
Ramin Cabbarlı, Vaşinqton Universitetinin tədqiqatçısı (Sietl, ABŞ),
Dr. Hay Eytan Koen Yanarocaq, Tel-Əviv Universitetinin Moşe Dayan adına Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin tədqiqatçısı (Tel-Əviv, İsrail)
Panel iştirakçıları İranda insan hüquqları ilə bağlı aktual problemi və onun İranın xarici siyasətinə təsirini müzakirə edəcəklər. Bu çərçivədə Məhsa Əmini etirazları və Tehranın aqressiv xarici siyasəti fonunda daxildəki etnik gərginlik və rejimin etnik qruplara, ən çox da azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti kimi məsələlərə toxunulacaq.