Niderlandlı diplomatlar Topçubaşov Mərkəzində olublar
Avqustun 2-də Niderland Krallığının səfirliyinin nümayəndələri Topçubaşov Mərkəzini ziyarət edib. Görüşdə Niderland Krallığının Bakıdakı səfiri Pauline Eysema, Azərbaycan və Türkiyə üzrə hərbi attaşe Polkovnik Derk Blickman və səfirliyin tədqiqatçısı Kun Klassen, Mərkəzdən isə Rusif Hüseynov, Məhəmməd Məmmədov və Gülxanım Məmmədova iştirak ediblər. Görüş zamanı mərkəzin müharibədən sonrakı fəaliyyəti və regionda mövcud vəziyyətlə bağlı müxtəlif məsələlər müzakirə edilib.