Rusif Hüseynov Karpaç İqtisadi Forumunda çıxış edib
Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov 6-8 sentyabr tarixlərində Polşanın Karpaç şəhərində keçirilmiş 31-ci İqtisadi Foruma qatılıb. "Avropa və Cənubi Qafqaz: İnkişaf, yoxsa Qeyri-Stabillik" adlı panelə dəvət olunub və Ukrayna müharibəsi kontekstində regionda baş verən proseslərlə bağlı fikirlərini bölüşüb.
Bundan başqa, o, tədbir zamanı onlarla əcnəbi ekspertlə görüşüb və bəzi beyin mərkəzləri ilə əməkdaşlıq barəsində razılığıa gəlib.
Builki forum miqyasına görə fərqlənib: 5 mindən çox iştirakçının qatıldığı tədbirdə 500-ə yaxın panel təşkil olunub.