Müharibədən 1 il sonra: keçmişə və gələcəyə baxış
Bu gün Topçubaşov Mərkəzinin ev sahibliyi ilə "Müharibədən 1 il sonra: keçmişə və gələcəyə baxış" tədbiri baş tutub.
Tədbirdə dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, analitik mərkəzlərin təmsilçiləri, tələbələr və media təmsilçiləri iştirak edib.
Spiker qismində iştirak edən Fuad Çıraqov, Heydər Mirzə, Fərhad Məmmədov və Rusif Hüseynov müvafiq olaraq İkinci Qarabağ müharibəsinin başlama səbəbləri, müharibə dövründə hərbi jurnalistika və medianın vəziyyəti, diplomatik sferada baş verən proseslər və post-müharibə dövründə reinteqrasiya məsələləri ətrafında çıxışlar oldu.
Hər bir çıxış sual-cavab və şərhlərlə müşayiət olunmuşdur.