Bağla

HADİSƏLƏR

Spenser tədqiqat üçün Şuşaya səfər edib

17-11-2021, 02:10   338
Spenser tədqiqat üçün Şuşaya səfər edib

Müasir Müharibə İnstitutunun Şəhər Müharibəsi Tədqiqatları üzrə kafedra müdiri, Şəhər Müharibəsi layihəsinin həm-direktoru və Şəhər Müharibəsi layihəsinin podkastının aparıcısı Con Spenser (John W. Spencer) 10-13 noyabr 2021-ci il tarixlərində tədqiqat məqsədilə Azərbaycana səfər edib.

2021-ci ilin iyul ayında “Şuşa döyüşü və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin buraxılmış dərsləri” (The Battle of Shusha City and The Missed Lessons of the 2020 Nagorno-Karabakh War) başlıqlı məqalənin həmmüəllifi olan Spenser Topçubaşov Mərkəzi və “Caliber.az” layihəsinin dəstəyi ilə Şuşada tədqiqat aparıb.

Qonaq 2020-ci il Şuşa döyüşü ilə bağlı bundan sonrakı təhlillər üçün daha ətraflı məlumat almaq məqsədilə döyüşlərin baş verdiyi nöqtələri ziyarət edib, hərbçilər və hərbi ekspertlərdən müsahibələr alıb.