Azərbaycanda müharibə sonrakı Gənclər, Sülh və Təhlükəsizlik gündəliyi: çağırışlar və imkanlar

Üzr istəyirik, lakin bu məqalə yalnız ingiliscə mövcuddur.
Üzr istəyirik, lakin bu məqalə yalnız ingiliscə mövcuddur.
Rusif Hüseynov
Həmtəsisçi, direktor
Rusif Hüseynov Bakıda fəaliyyət göstərən analitik mərkəzi olan Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktorudur.
Onun əsas maraqları postsovet ölkələrində baş verən ictimai-siyasi hadisələr, dondurulmuş münaqişələr və etnik azlıqlardır. Əsasən diqqət mərkəzində olan istiqamətlər əsasən Şərqi Avropa, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyanı əhatə edir.
O, bakalavr dərəcəsini Bakı Dövlət Universitetində, magistr dərəcəsini isə Tartu Universitetində alıb.
O, "EU4Dialogue" layihəsi çərçivəsində ABŞ-ın Alman Marşal Fondunun və yerli əlaqələndirici "ReThink.CEE (2021)" əməkdaşıdır.
Rusif Hüseynov həm də ADA Universitetində köməkçi müəllim olaraq çalışıb.
O, "The National Interest", "The Jamestown Foundation", "New Eastern Europe" kimi beynəlxalq media orqanları üçün məqalələr qələmə alır.
Murad Muradov
Həmtəsisçi, direktor müavini
Murad Muradov 2011-ci ildə Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər üzrə bakalavr, 2013-cü ildə Azərbaycan Diplomatik Akademiyasının Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr və 2015-ci ildə London İqtisadiyyat Məktəbində Müqayisəli Siyasət üzrə magistr proqramını bitirmişdir. O, 2017-ci ildə Con Smit təqaüdü proqramı da daxil olmaqla həm Azərbaycanda, həm də xaricdə bir sıra təlim proqramlarında, yay məktəblərində və təqaüdlərdə iştirak etmişdir. Onun tədqiqat sahələri postsovet ölkələrinin təhlükəsizliyi və geosiyasəti, Qərbi Avropa siyasəti və beynəlxalq siyasi iqtisadiyyatı əhatə edir.
Nigar Müzəffərova
Tədqiqatçı
Nigar Müzəffərova Almaniyanın Tübingen Universitetində magistr təhsili alır. O, Dövlət İdarəçilik Akademiyasında bakalavr dərəcəsinə yeyələnmişdir. Data vizuallaşdırılması və Qafqazda iqtisadi tendensiyalar ilə yanaşı, Nigar həm də dünyadakı texnoloji yenilikləri yaxından izləyir.
O, 2019-2020-ci illər üzrə Gürcüstan əsaslı CAT proqramının, 2021-ci ildə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən təşkil olunan Münaqişə Məktəbinin, 2022-ci ildə Almaniyanın İnterlink Akademiyasının "Media və informasiya savadlılığı" proqramlarının məzunudur.
Nigar gənclərlə iş sahəsindəki təcrübə ilə yanaşı, qeyri-formal öyrənmə metodları və sülh təhsili sahələrində layihə yazılması və koordinasiyası üzrə ixtisaslaşmışdır. Bundan əlavə, Nigar insan hüquqları təhsili, qeyri-formal öyrənmə metodları və sülh quruculuğu ilə bağlı bir çox təlimlər və konfranslarda iştirak etmişdir.
Gülxanım Məmmədova
Tədqiqatçı
Gülxanım Məmmədova gender tədqiqatları, sülh quruculuğu və münaqişələrin transformasiyası ilə məşğul olan tədqiqatçıdır. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi Elmlər üzrə bakalavr dərəcəsini (2015–2019), Ankara Sosial Elmlər Universitetində Sülh və Münaqişə Araşdırmaları üzrə magistr dərəcəsini (2019 – 2021) alıb. O, həmçinin 2023-cü ildə San Dieqo Universitetində münaqişə tədqiqatları və mediasiya üzrə sertifikat kursu keçib. Gülxanım təhsil aldığı müddətdə bir sıra təqaüdlərə layiq görülüb. O, "EU4Dialogue", "Corridors" və Münaqişə Məktəbi kimi dialoqlarda və gənclər layihələrində iştirak etmişdir. Gülxanım Con Smit Fondunun 2023-cü il üçün təqaüdçüsüdür və ATƏT-in "Sülh Sahəsində Qadın Liderliyi" Proqramının iştirakçısıdır.
Şücaət Əhmədzadə
Tədqiqatçı
Şücaət Əhmədzadə münaqişələrin transformasiyası və Cənubi Qafqaz ölkələrinin xarici və təhlükəsizlik siyasətlərini araşdıran müstəqil araşdırmaçıdır. 2023-cü ildə Şücaət San Dieqo universitetində Münaqişə Tədqiqatları və Mediasiya üzrə qısamüddətli təhsil dərəcəsini müvəfəqiyyətlə tamamlamışdır. O, həmçinin Qlazqo Universitetindən (Birləşmiş Krallıq) Mərkəzi və Şərqi Avropa, Rusiya və Avrasiya elmləri üzrə magist dərəcəsinə, Dövlət İdarəçilik Akademiyasından (Azərbaycan) isə Beynəlxalq Münasibətlər üzrə bakalavr dərəcəsinə sahibdir. Şücaət gənclər siyasəti, layihələrin idarəedilməsi, siyasi məsləhətləşmə və sülhquruculuğu sahəsində geniş təcrübəyə malikdir.
Topçubaşov Mərkəzi 2018-ci ilin aprel ayında The Politicon - idarəetmə heyəti tərəfindən qurulmuşdur. Siyasət və idarəetmə haqqında bütün forma və ölçülərdə yazan müəlliflər üçün onlayn platformadır. Həm də Bakı şəhərində fəaliyyət göstərən QHT Regional Tədqiqatlar Mərkəzi ilə əlaqədardır.
...
Davamını oxuGlobus Center, 7-ci mərtəbə
Cəfər Cabbarlı küç., 609
Bakı, Azərbaycan
E-mail: [email protected]