Sasakava Sülh Fondunun nümayəndələri Topçubaşov Mərkəzini ziyarət ediblər
2 iyul 2026-cı il tarixində Sasakava Sülh Fondunun proqram üzrə əməkdaşları Masao Vatanabe və Mayuko Tanaka Topçubaşov Mərkəzini ziyarət ediblər.
Qonaqlar Mərkəzin Direktor Müavini Murad Muradov, tədqiqatçıları Məhəmməd Məmmədov və Simona Skotti, həmçinin təcrübəçiləri Alibi Beysenov və Ayxan İsmayılov tərəfindən qəbul edilib. Görüş zamanı tərəflər Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan–Yaponiya münasibətləri və iki institut arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.