Rusif Hüysenov DİA-da tələbələrlə görüşüb
12 mart 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin tələbələri ilə görüşmüşdür.
Sessiya zamanı Rusif Hüseynov Azərbaycanın regional siyasəti, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, bu prosesdə vətəndaş cəmiyyətlərinin rolu və "Sülh Körpüsü" Təşəbbüsü barədə məlumat vermişdir. Sessiya sual-cavab və ümumi müzakirə formatında davam etmişdir.