İran səfiri Topçubaşov Mərkəzini ziyarət edib
20 fevral 2026-cı il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçili, birinci katib Elham Xəlili və tərcüməçi Zeynəb Əhədzadə ilə birlikdə Topçubaşov Mərkəzini ziyarət ediblər.
Qonaqların mərkəzin direktoru Rusif Hüseynov, direktor müavini Murad Muradov və ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Vüsal Səfərli ilə keçirilən görüşü zamanı tərəflər regional inkişaf və mövcud tendensiyalar barədə fikir mübadiləsi aparıblar.