Topçubaşov Mərkəzinin nümayəndələri Aİ səfiri ilə görüşüb
2 fevral 2026-cı il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov və PR və Kommunikasiya Meneceri Vüsal Səfərli Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyini ziyarət etmiş, burada Nümayəndəliyin rəhbəri səfir Marijana Kuyundjiç və siyasi müşavir Soren Hansen tərəfindən qəbul olunmuşlar.
Görüş zamanı tərəflər regional proseslər ətrafında fikir mübadiləsi aparmış və əməkdaşlıq üçün potensial istiqamətləri müzakirə etmişlər.