Niderland Krallığının səfiri Topçubaşov Mərkəzini ziyarət edib
19 yanvar 2025-ci il tarixində Niderland Krallığının Azərbaycandakı səfiri Mariann de Yonq və baş müşavir Şəhla Balakişiyeva Topçubaşov Mərkəzinə ziyarət ediblər.
Qonaqların Mərkəzin direktoru Rusif Hüseynov və direktor müavini Murad Muradov ilə keçirilən görüş zamanı tərəflər regionda baş verən prosessləri, eləcə də normallaşma prosesi çərçivəsində vətəndaş cəmiyyətinin rolu və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.