Murad Muradov erməni ekspertlər ilə dəyirmi masada iştirak edib

Murad Muradov erməni ekspertlər ilə dəyirmi masada iştirak edib

23 sentyabr 2025-ci ildə Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Irəvana səfəri çərçivəsində "Links" təşkilatı tərəfindən təşkil olunmuş və sülh quruculuğu və barışıq prosesinin müxtəlif praktiki aspektlərinə həsr olunmuş dəyirmi masada iştirak etmişdir. 30-a yaxın yerli ekspertin də qoşulduğu tədbirdə Murad Muradov Ermənistana səfəri ilə bağlı düşüncə və təəssüratlarını paylaşaraq onun sülh prosesi üçün əhəmiyyətindən danışmışdır.