Murad Muradov NATO-nun Ermənistandakı tədbirində çıxış edib

Murad Muradov NATO-nun Ermənistandakı tədbirində çıxış edib

22 sentyabr 2025-ci ildə Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov NATO Parlament Assambleyasının Ermənistanda keçirilmiş 108-ci Rouz-Rot seminarında iştirak edib.

Konfransın Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə həsr olunmuş müzakirə sessiyasında spiker kimi çıxış etmiş Murad Muradov prosesin Bakıdan necə göründüyünə aydınlıq gətirib və regional dinamika ilə bağlı öz fikirlərini bölüşüb. 

Bundan əlavə, Murad Muradov Ermənistanın bir sıra media orqanlarının da çoxsaylı suallarını cavablandırıb.