İsveçli hərbi ekspertlər Topçubaşov Mərkəzində qonaq olublar

4 iyun 2025-ci il tarixində İsveç Müdafiə Universitetinin dosentləri Hokan Edström (Håkan Edström) və istefada olan general-leytenant Dennis Gillenspor (Dennis Gyllensporre) Topçubaşov Mərkəzində olmuş və Mərkəzin direktoru Rusif Hüseynov və direktor müavini Murad Muradov ilə görüşmüşdür.
Görüş zamanı qonaqlar NATO-nun Şimali Avropada genişlənməsi və NATO-Rusiya münasibətlərinin dinamikası ilə bağlı araşdırmalarını təqdim etmiş, daha sonra Mərkəzin nümayəndələri ilə Şərqi Avropa və Qafqazda təhlükəsizlik məsələlərini müzakirə etmişdir.