Rusif Hüseynov Budapeştdə tədbirdə təqdimat ilə çıxış edib

27 may 2025-ci il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Qnosis İnstitutu (Gnosis Institute), OCECCD və İqlim Siyasəti İnstitutunun (Climate Policy Institute) birgə təşkil etdiyi “Enerji Forumu 2025: Mərkəzi və Cənub-Şərqi Avropada təhlükəsiz və davamlı enerji gələcəyinin formalaşması” başlıqlı konfransa qoşulub.
“Enerji strategiyaları və onların sosial-iqtisadi təsirləri” panelində Rusif Hüseynov Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və enerji keçidində rolu haqqında əsas məruzə ilə çıxış edərək, məruzədən sonrakı müzakirələrdə də iştirak edib.
Qeyd edək ki, Budapeştdəki Matyaş Korvinuş Kollegiumda (Matthias Corvinus Collegium) keçirilmiş tədbirdə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrindən olan hökumət və dövlət qurumlarının, enerji şirkətlərinin nümayəndələri, eləcə də ekspertlər və tədqiqatçılar bir araya gələrək, regionda enerji təhlükəsizliyinin cari vəziyyəti və gələcəyi ilə bağlı fikir mübadiləsi aparıblar.