Topçubaşov Mərkəzin və Dunay İnstitutu birgə dəyirmi masa keçirib və əməkdaşlıq memorandumu imzalayıb

Topçubaşov Mərkəzin və Dunay İnstitutu birgə dəyirmi masa keçirib və əməkdaşlıq memorandumu imzalayıb

10 aprel 2025-ci il tarixində Topçubaşov Mərkəzi və Dunay İnstitutu Bakıda “Azərbaycan və Macarıstan yeni dünya nizamında: Onların rolu və ikitərəfli münasibətləri” adlı dəyirmi təşkil etmişdir. Azərbaycan və Macarıstan ekspert icmalarının nümayəndələrinin, o cümlədən Macarıstanın Azərbaycandakı səfirinin də iştirak etdiyi sessiyada qlobal proseslər fonunda Bakı ilə Budapeşt arasında münasibətlər müzakirə olunmuşdur.

Tədbir çərçivəsində Topçubaşov Mərkəzi və Dunay İnstitutunun direktorları Rusif Hüseynov və İştvan Kiss institusional əməkdaşlığın qurulması məqsədilə Əməkdaşlıq haqqında Memorandum imzalamışlar.