Murad Muradov Gürcüstanda öz araşdırmasını təqdim edib

27 mart 2025-ci il tarixində, Murad Muradov Tbilisidə təşkil olunan konfransda Cənubi Qafqazda yenilənən enerji üzrə əməkdaşlığın sülh quruculuğu üçün potensial rolu mövzusunda olan araşdırması ilə çıxış etmişdir. WEG (World Experience for Georgia) və BMİP-in Gürcüstan ofisi tərəfindən keçirilən və "Peşəkar Dialoqu və Gənc Araşdırmaçılara Dəstək: Enerji Təhlükəsizliyi üçün Regional Əməkdaşlıq" adlanan konfrans Gürcüstan, Azərbaycan və Ermənistandan bir sıra təhlilçiləri bir yerə yığmışdır.