Rusif Huseynov İber-Amerika diplomatları ilə müzakirədə iştirak edib

Martın 11-də Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov İber-Amerika ölkələrinin diplomatları ilə görüşüb. Meksika səfirliyinin təşkilatçılığı ilə keçirilmiş görüşdə Argentina, Çili, Kolumbiya və Portuqaliyanın Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri iştirak edib.
Görüş zamanı Rusif Hüseynov Azərbaycanın xarici siyasəti və regional proseslər barəsində təqdimat edib. Daha sonra müzakirə sual-cavab formasında davam edib.