İsveç diplomatları Topçubaşov Mərkəzində olublar
Aprelin 8-də İsveç Xarici İşlər Nazirliyinin nümayəndələri, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Emil Gelebo və Azərbaycan üzrə iş masasının əməkdaşı Anton Ruus İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzsonun müşayiəti ilə Topçubaşov Mərkəzini ziyarət ediblər. Qonaqların Mərkəzdən Rusif Hüseynov və Simona Skotti ilə söhbəti zamanı regional və geosiyasi proseslər və Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub.