Rusif Hüseynov yay məktəbində reinteqrasiyadan danışıb
11 avqust tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Huseynov “Beynəlxalq münasibətlər və diplomatiya üzrə 2-ci yay məktəbi” çərçivəsində “Qarabağın reinteqrasiyası: hansı modellər müzakirə olunur“ mövzusunda təqdimat edib.
Təlim çərçivəsində mövcud olan, təklif edilən reinteqrasiya variantları və münaqişənin həlli üçün alternativ yollar, reinteqrasiya keçid dövrünün maraqlı aspektləri müzakirə olunub və gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, yay məktəbi "Bir Könüllü" Cəmiyyəti, Xəzər Universiteti və Topçubaşov Mərkəzi tərəfindən Şamaxıda təşkil olunub.