Gülxanım Məmmədova münaqişədən sonrakı barışıq üzrə yay məktəbində iştirak edib
Topçubaşov Mərkəzinin əməkdaşı Gülxanım Məmmədova 2-8 iyul tarixlərində "EDYN" təşkilatı və Kembric Universiteti ilə sıx əlaqələri olan multidisiplinar tədqiqat mərkəzi Vulf İnstitutu tərəfindən təşkil edilmiş münaqişədən sonrakı barışıq və gələcəyin qurulması üzrə yay məktəbində iştirak edib.
Yay məktəbi zamanı iştirakçılar həm Kembricdə, həm də Belfastda aparıcı alimlər və siyasət və barışıq mütəxəssisləri ilə əlaqə qurmaq imkanı əldə ediblər. İştirakçılar proqramın ilk üç günü ərzində Kembricdə münaqişələrin həlli, sülh quruculuğu və müharibədən sonrakı bərpa sahələrində dünyanın aparıcı alimlərinin rəhbərlik etdiyi mühazirə, seminar, və müzakirələrdə iştirak ediblər. Növbəti üç gün ərzində isə iştirakçılar Belfastda sülhməramlılar, icma liderləri, siyasi ekspertlər və keçmiş siyasi məhbuslarla sual-cavab sessiyalarında iştirak etmək imkanı əldə ediblər.