Rusif Hüseynov reinteqrasiya keysləri haqqında mühazirə deyib
11 dekabr tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov "Müharibədən sonra nə etməli? Beynəlxalq təcrübələr və Qarabağ konteksti" adlı mühazirə deyib. Təlim Avrasiya Əməkdaşlıq Fondu tərəfindən təşkil edilən Münaqişə Məktəbi və Alumni+ proqramının “Qabiliyyət Artırılması” təlimlər çərçivəsində baş tutub.
Sessiyanın birinci hissəsi Moldova, Çeçenistan, Bosniya və Herseqovina, Xorvatiya və Şri-Lanka kimi beynəlxalq reinteqrasiya keyslərini əhatə edib. Daha sonra Xorvatiya reinteqrasiya təcrübəsinin Qarabağ kontekstində reallaşdırılmasının mümkünlüyü və mexanizmləri barədə müzakirələr baş tutub. Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.