Rusif Hüseynov yay məktəbində çıxış edib
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə 9-14 iyul tarixləri aralığında Şamaxı rayonunda “Siyasi elmlər və diplomatiya” üzrə yay məktəbi həyata keçirilib. Yay məktəbinin 5-ci günündə Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov “Azərbaycan qeyri-sabit regionda açar dövlət kimi” mövzusunda gənclərə informativ sessiya keçib, daha sonra isə sessiya qrup müzakirəsi formatında davam edib.