Qazaxıstan nümayəndə heyəti Topçubaşov Mərkəzini ziyarət edib
24 may tarixində Topçubaşov Mərkəzini Qazaxıstan nümayəndə heyəti ziyarət edib. Nümayəndə heyətinə Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktor müavini Əsgər Nurşa və səfirin müşaviri Jandos Nurmahambetov ziyarət ediblər. Topçubaşov Mərkəzi görüşdə direktor Rusif Huseynov, direktor müavini Murad Muradov, təqdiqatçı Gülxanım Məmmədova və təcrübəçi Əsgər Müzəffər ilə təmsil olunub. Görüş zamanı iki beyin mərkəzi arasında mümkün əməkdaşlıq formatları, birgə keçirilə biləcək layihələr, həmçinin ortaya qoyula biləcək yeni araşdırma mövzuları müzakirə olunub.