Rusif Hüseynov BMT İP-nin Rəqəmsal Sülh Quruculuğu təlimində iştirak edib

Rusif Hüseynov BMT İP-nin Rəqəmsal Sülh Quruculuğu təlimində iştirak edib

Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Gürcüstanda Rəqəmsal Sülh Quruculuğu Təlimində iştirak edib. BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən 29 noyabr - 3 dekabr 2021-ci il tarixləri arasında Kaçretidə təşkil olunmuş tədbirdə Azərbaycan, Ermənistan və Gürcüstandan olan fəallar bir araya gəlib.

Təlim rəqəmsal texnologiya və innovasiyaların sülhyaratma təşəbbüslərində başa düşülməsi və tətbiqi üçün nəzərdə tutulub. Azərbaycan, Ermənistan və Gürcüstandan olan təcrübəli sülh fəalları da tədbirdə iştirak edərək keçmiş təcrübələrini bölüşüblər.